Şirvanda poliuretan üzlüklərin sökülməsinə başlanılıb - FOTOSESSİYA - VİDEO

Şirvanda poliuretan üzlüklərin sökülməsinə başlanılıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 25 may 2015 11:45 (UTC +04:00)

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, şəhərin çoxmərtəbəli binalarının fasadına vurulmuş poliuretan üzlüklərin sökülməsi prosesi ölkə prezidentinin müvafiq göstərişinə əsasən, Şirvan şəhər İcra Hakimiyyətində yaradılmış komissiyanın qərarına uyğun həyata keçirilir.

Komissiyanın qərarı ilə poliuretanla üzlənmiş 3 beşmərtəbəli və 6 üçmərtəbəli binanın sökülməsinə qərar verilib.

Şirvan şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, üzlük materialların sökülməsi prosesi tez bir zamanda başa çatacaq. Binalarda sökülən üzlüklər estetik baxımlı alternativ tikinti materialları ilə əvəzlənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR