Azərbaycanın daha bir bankının rəhbərliyində kadr dəyişikliyi baş verib

Azərbaycanın daha bir bankının rəhbərliyində kadr dəyişikliyi baş verib
# 25 may 2015 07:00 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bank Standard”ın Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib.

Bu barədə “APA-Economics” bankın saytına istinadən xəbər verir.

Məlumata görə, “Bank Standard”ın Müşahidə Şurasının üzvü olan Fərid Orucov üzvlükdən çıxarılıb. Onun yerinə isə Əli Kərimov və Cahangir Axundov bankın Müşahidə Şurasının üzvü seçilib.

Qeyd edək ki, Əli Kərimov 2005-ci ildən bankın əməliyyat departamentinin direktoru, Cahangir Axundov isə 2009-cu ildən korporativ bank məhsulları departamentinin direktorudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR