"Expressbank" müştərilərə iş yerindən arayış almadan kredit təklif edir

"Expressbank" müştərilərə iş yerindən arayış almadan kredit təklif edir
# 03 iyun 2015 08:30 (UTC +04:00)

Bakı - APA-Economics. "Expressbank" müştərilərə iş yerindən arayış almadan nağd pul krediti təklif edir. Artıq müştərilər elektron arayışları bankın bütün filiallarından əldə edə bilərlər.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, bu xidmət vasitəsilə vətəndaşlar vaxt itkisinə yol vermədən, banka getmədən onlayn rejimdə portala daxil olaraq, avtomatik formalaşan arayışı elektron şəkildə banka göndərə bilərlər. Elektron arayışı həmçinin “Expressbank” filiallarından da almaq olar. Banka gələn müştərilərə planşetlər təqdim olunur və müştərilər bu planşetlər vasitəsilə elektron arayışlar əldə edə bilərlər.

Bankın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 6500-dək POS terminal və 200-dək “ExpressPay” ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR