Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən hüquqi şəxslər cari ilin yanvar-iyul aylarında 1 mlrd. 358,2 mln. manat mənfəət vergisi ödəyib.
"APA-Economics"in xəbərinə görə, ötən ilin analoji dövründə bu rəqəm 1 mlrd. 578,2 mln. manat olub. Beləliklə, hüquqi şəxslərin dövlət büdcəsinə ödədiyi mənfəət vergisinin ümumi həcmi 13,9% və ya 220 mln. manat azalıb.