“Əlilliyi olan uşaqların inklüziv və fərdi təhsili haqqında qanunvericilik sənədlər toplusu” adlı kitab təqdim edilib

“Əlilliyi olan uşaqların inklüziv və fərdi təhsili haqqında qanunvericilik sənədlər toplusu” adlı kitab təqdim edilib
# 27 fevral 2015 10:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnsan Hüquqları İnstitutunda “Əlilliyi olan uşaqların inklüziv və fərdi təhsili haqqında qanunvericilik sənədlər toplusu” adlı kitabın təqdimatı keçirilib.

APA-nın xəbərinə görə, iclasda institutun direktor müavini Lalə Əhmədova bildirib ki, kitab “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi tərəfindən Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Əlil uşaqların xüsusi məktəb və siniflərdə, evdə fərdi təhsilinin keyfiyyətinə ictimai nəzarət” adlı layihə çərçivəsində nəşr edilib. Onun sözlərinə görə, kitab geniş oxucu kütləsi üçün, xüsusilə valideynlər, müəllimlər və əlil uşaqların sosial müdafiəsi ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulub.

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev isə qeyd edib ki, kitab əlil uşaqların inkluziv təhsil sahəsində həyata keçirilən dövlət siyasətinə dövlət siyasətinə dəstək məqsədi daşıyır və onların hüquqlarının qorunması üçün zəmanət yaradır. Onun fikrincə, fiziki və mental cəhətdən məhdudiyyəti olan uşaqların təhsil hüquqlarının müdafiəsi həm də insan hüquqlarının həyata keçirilməsi uğrunda aparılan qlobal mübarizənin tərkib hissəsidir.

Təqdimatda çıxış edən millət vəkilləri Hadı Rəcəbli, Fazil Qəzənfəroğlu əlillərlə bağlı qanunvericilik sahəsində görülən işlərdən danışıblar. Qeyd edilib ki, bu gün Azərbaycan cəmiyyətində əlillərə münasibət kifayət qədər qaneedici deyil. Cəmiyyətdəki bu münasibəti dəyişməli, onların hər bir işlərdə, istənilən sahədə rahat hərəkəti və iştirakı üçün lazımi şəraitlər yaradılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR