İran XİN başçısı Vyanada Avropa İttifaqının ali komissarı və ABŞ baş katibi ilə görüşüb

İran XİN başçısı Vyanada Avropa İttifaqının ali komissarı və ABŞ baş katibi ilə görüşüb
# 15 oktyabr 2014 14:02 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. İran xarici işlər naziri Cavad Zərif, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton və ABŞ dövlət katibi Con Kerri arasında görüş keçirilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüş Vyanada baş tutub.

Tərəflər İranın nüvə proqramını, habelə İranın nüvə fəaliyyəti bağlı razılaşmanın detallarını müzakirə ediblər.

Qeyd edək ki, üçtərəfli görüşdən öncə C. Zərif K. Eştonla təkbətək görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR