Bakı Media Mərkəzi Avropa Oyunlarına həsr olunan video-çarx hazırlayıb

Bakı Media Mərkəzi Avropa Oyunlarına həsr olunan video-çarx hazırlayıb
# 05 iyun 2015 13:08 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Bakı Media Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə “Bakı 2015” Avropa Oyunlarına həsr olunan video-çarx hazırlayıb. Mərkəzdən APA-ya verilən məlumata görə, çarxda Azərbaycanın tarixi və mədəni irsi, milli mətbəxi, tolerantlığı əks etdirilib.

Yaradıcı heyət bildirib ki, çarx vasitəsi ilə Azərbaycanda yaşayan insanların güzəranını, qayğılarını, xalqın ruhunu göstərməyə çalışıblar: “Video-çarx təkcə bu günlərdə Bakıya gələn çoxsaylı qonaqlara ünvanlanmayıb, həm də ölkədə yaşayan, eləcə də burda doğulsa da, dünyanın müxtəlif guşələrində yaşamağa məcbur olan hər bir azərbaycanlıda vətən haqqında xoş duyğular oyatmaq, onlara vətənin uğurlarından qürur duymaq sevinci yaşatmaq üçün hazırlanıb”.

Qeyd edək ki, filmi “Yurdum, yuvam, məskənim...” şüarı ilə təqdim edilib.

Video-çarxı bu linkdən izləmək olar: "https://www.youtube.com/watch?v=2RoaIyzffWQ".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR