Xaçmaz. Vəli Turan - APA. İyunun 28-də axşam saatlarında Xaçmaz rayonunda yol nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Xudat-Nabran yolunda qeydə alınıb.
“Daewoo Espero” markalı avtomaşın yoldan çıxaraq dirəyə çırpılıb. Qəza nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Onlar Xaçmaz rayonu Qaqaqutlu kənd sakinləri, 1978-ci il təvəllüdlü Abbasov Elnur Mərdan oğlu, 1993-cü il təvəllüdlü Harunov Ümid Elşad oğlu və Quba rayon sakini, 1986-ci il təvəllüdlü Hüseynov Səxavət Zal oğludur. Ü. Harunov ilkin tibbi yardımdan sonra evə buraxılıb. Digər iki şəxsin müalicəsi isə xəstəxanada davam etdirilir.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.