Daha bir ölkənin Aİ və NATO-dan çıxmasına dair referendum keçirilə bilər

Daha bir ölkənin Aİ və NATO-dan çıxmasına dair referendum keçirilə bilər
# 01 iyul 2016 15:32 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Çexiya prezidenti Miloş Zeman ölkəsində Avropa İttifaqı və NATO-ya üzvlüklə bağlı referendum keçirilməsinə çağırıb.

APA-nın “Reuters”-ə istinadən verdiyi məlumata görə, lakin o, eyni zamanda ölkəsinin hər iki təşkilatda qalması ideyasını dəstəklədiyini bəyan edib: “Mən Avropa İttifaqından çıxmağı dəstəkləyənlərin fikri ilə razı deyiləm. Lakin onların referendumda iştirak etməsi və öz fikirlərini ifadə etmələri üçün əlimdən gələni edəcəyəm. Bu, həmçinin NATO-da qalmağa aiddir”.

Qeyd edək ki, Çexiya prezidentinin Konstitusiyaya dəyişikliyi nəzərdə tutun referendum təyin etməklə bağlı səlahiyyəti yoxdur.

Xatırladaq ki, iyunun 23-də Böyük Britaniyada ölkənin Aİ-dən çıxması ilə bağlı referendum keçirilib, 52 faiz bunun lehinə səs verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR