Bakı. Türbət Bağırova - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyası Milli Məclisə seçkiləri müşahidəyə start verib.
APA-nın məlumatına görə, ispaniyalı parlamentari Jordi Çuklanın rəhbərlik etdiyi missiyanın üzvləri müşahidələrə 22 saylı Nəsimi İkinci Seçki Dairəsinin 25 saylı seçki məntəqəsində başlayıblar.
Həmin məntəqədə ümumilikdə 18 yerli müşahidəçi, 2 xarici müşahidəçi var.