“Təmiz Şəhər” ASC tullantılar arasından tapılan silah-sursatla bağlı məlumat yayıb

“Təmiz Şəhər” ASC tullantılar arasından tapılan silah-sursatla bağlı məlumat yayıb
# 06 avqust 2015 13:04 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. “Təmiz Şəhər” ASC tullantılar arasından tapılan silah-sursatla bağlı məlumat yayıb.



“Təmiz Şəhər” ASC-dən APA-ya verilən məlumatda qeyd olunur ki, Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda məişət tullantıları arasından silah-sursat hissələri aşkar olunub. Bakıdan toplanmış tullantıların çeşidlənməsi zamanı son 2 gündə tapılan avtomat və tapança güllələri, müxtəlif silah hissələri avqustun 5-də polisə təhvil verilib.



“Təmiz Şəhər” ASC-in polisə təhvil veridyi silah-sursat hissələri bunlardır:

1) 60 ədəd 5.45 çaplı patron
2) 189 ədəd 7.62 çaplı patron
3) 31 ədəd kiçik çaplı patron
4) 3 ədəd 30 mm çaplı mərmi
5) 1 ədəd avtomat darağı
6) 1 ədəd F1 əl qumbarasının korpusu
7) 1 ədəd pnevmatik tapança
8) 1 ədəd tüstü fişəngi

Qeyd edək ki, “Təmiz Şəhər” ASC-ə aid tullantıların çeşidlənməsi zavodu paytaxtdan toplanmış tullantıları kağız, şüşə, plastik, metal və s. formada ayrı-ayrı yığılır. Daha sonra onlardan xammal kimi istifadə edərək yeni məhsullar hazırlanmaq üçün müxtəlif təkrar emal müəssisələrinə göndərilir. İş prosesi zamanı tullantılar arasından vaxtaşırı olaraq tullantı hesab olunmayan əşyalar aşkarlandıqda aidiyyatı qurumlara təhvil verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR