Kürəkənini öldürən şəxsin cəzası azaldılıb

Kürəkənini öldürən şəxsin cəzası azaldılıb
# 24 fevral 2015 08:05 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində kürəkənini öldürməkdə təqsirləndirilən Elçin Lazımovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin qərarı ilə E. Lazımovun cəzası 14 ildən 12 il 6 aya endirilib.

Qeyd edək ki, Bakı şəhər sakini Elçin Lazımov Saatlı rayon sakini, 1987-ci il təvəllüdlü Rəvan Əliyev öldürülüb. Qətlə yetirilənin bədənində 57-yə yaxın bıçaq yarası aşkar edilib. Məlumata görə, Elçin Lazımov “Azəriqaz”ın əməkdaşı olub. İstintaq araşdırması zamanı məlum olub ki, Elçin Lazımov qızı ilə bir ildir ailəli olan Rəvanla həyat yoldaşı arasında münaqişə olub. Bundan qəzəblənən E. Lazımov R. Əliyev bıçaqlayaraq qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Lazımov 14 il müddətə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR