İki nəfəri zəhərləyib öldürməkdə təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum edilib

İki nəfəri zəhərləyib öldürməkdə təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum edilib
# 20 oktyabr 2014 08:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümündə təqsirli bilinən Astara rayon sakini 59 yaşlı Aydın Qəhrəmanovun məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, A. Qəhrəmanov ömürlük azadlıqdan məhrum edilib.

İttihama görə, Aydın Qəhrəmanov qeyr-rəsmi nikahda yaşadığı Aidə Yəhyayevanın bacısı Naziləyə məxsus 4 otaqlı mənzili ələ keçirmək istəyib. Bunun üçün o, Aidəni zəhərləyərək öldürmək qərarına gəlib. Aidəyə yuxugətirici adı ilə müxtəlif dərmanlar içirib. Həmin vaxt evdə olan Aidənin bacısı qızı Samirə də həmin dərmanlardan istifadə edib. Hər iki şəxs xəstəxanaya yerləşdirilsə də, onları xilas etmək mümkün olmayıb. Vəziyyətdən istifadə edən A. Qəhrəmanov Naziləyə məxsus 175 min manatlıq mənzili 120 min manata Mərifət Sultanov adlı şəxsə satıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR