Səhiyyə Nazirliyi: Yanğın zamanı xəsarət alanlara natamam yanma məhsullarından zəhərlənmə diaqnozu qoyulub

Səhiyyə Nazirliyi: Yanğın zamanı xəsarət alanlara natamam yanma məhsullarından zəhərlənmə diaqnozu qoyulub
# 19 may 2015 15:14 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA.Bakıda yaşayış binasında baş verən yanğınla bağlı xəsarət alaraq hospitalizə olunmuş şəxslərin qanları Səhiyyə Nazirliyinin Referens-laboratoriyasında qanları müayinə olunub.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müayinələr zamanı xəsarət alanlara natamam yanma məhsullarından zəhərlənmə diaqnozu qoyulub. Orta və ağır dərəcə dəm qazından zəhərlənmə nəticəsində xəsarət alanların qanlarında karboksiqemoqlobin aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR