FHN-in Qarabağ Regional Mərkəzi Füzulidə müşavirə keçirib

FHN-in Qarabağ Regional Mərkəzi Füzulidə müşavirə keçirib
# 15 noyabr 2014 10:53 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Füzuli Rayon İcra Hakimiyyətində müşavirə keçirilib.

Bu barədə APA FHN-in saytına istinadən məlumat verib.

“Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkili” və “Payız-qış mövsümündə yanğın təhlükəsizliyi tədbirləri” mövzularında keçirilən tədbirdə Qarabağ Regional Mərkəzinin və FHN-in regionda fəaliyyət göstərən digər qurumlarının, eləcə də Füzuli rayon fövqəladə hallar komissiyasının tərkibinə daxil olan idarə və təşkilatların təmsilçiləri, müvafiq qurumların nümayəndələri iştirak ediblər.

Müşavirənin keçirilməsində məqsəd Regional Mərkəzin əhatə etdiyi inzibati ərazidə ehtimal olunan fövqəladə hallar barədə əhalinin məlumatlandırılması, eləcə də baş verə biləcək fövqəladə halların nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları, habelə rayonda fəaliyyət göstərən xidmət sahələri, müvafiq idarə və müəssisələrlə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkilinin hazırkı vəziyyətinin müzakirəsi olub. Müşavirədə qarşılıqlı fəaliyyətin təşkilinin hazırkı durumu, görülən işlər, qarşıda duran vəzifələr, problemlər və onların həlli yolları barədə müzakirələr aparılıb, yaranan çətinliklər təhlil edilib.

Tədbirdə qarşılıqlı fəaliyyət zamanı informasiya mübadiləsində mövcud olan çatışmazlıqlardan, baş vermiş hadisələrin qurumların növbətçi hissələrinə dəqiq və operativ ötürülməsi, vaxt itkisinə yol verilməməsinin vacibliyindən bəhs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR