Frankofoniya təşkilatı böhranlı vəziyyətlərin həlli ilə bağlı qətnaməyə Dağlıq Qarabağ münaqişəsi haqda müddəa daxil edib

Frankofoniya təşkilatı böhranlı vəziyyətlərin həlli ilə bağlı qətnaməyə Dağlıq Qarabağ münaqişəsi haqda müddəa daxil edib
# 01 dekabr 2014 11:44 (UTC +04:00)

Bakı – APA. Dakarda keçirilən Frankofoniya təşkilatının XV sammitində böhranlı vəziyyətlərin həlli və sülhün möhkəmləndirilməsinə dair yekun qətnamə qəbul olunub.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan tərəfinin təklifi ilə qətnamə layihəsinə quruma üzv dövlətlərin ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində göstərdiyi səylərə tam dəstək verdiyi haqda müddəa daxil edilib.

“Münaqişə tərəflərini güc tətbiqindən çəkinməyə çağırırıq, çünki bu, nizamlanma prosesinə zərbə vura bilər. ATƏT-in Minsk qrupu həmsədrlərinin güc tətbiqinin yolverilməzliyi, ərazi bütövlüyü, xalqların bərabərliyi və öz müqəddaratının təyin edilməsi ilə bağlı vahid təklifləri əsasında danışıqları davam etdirməyə çağırırıq”, - deyə sənəddə vurğulanıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR