"SGC Upstream" şirkəti Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma qoşulub

"SGC Upstream" şirkəti Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma qoşulub
# 12 noyabr 2015 15:01 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanda yeni fəaliyyət göstərən “SGC Upstream” şirkəti Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalayıb.

Dövlət Neft Fondundan “APA-Economics”ə verilən məlumata görə, "Qoşulma Aktı"nı imzalamaqla “SGC Upstream” şirkəti Memoranduma qoşulmuş digər şirkətlər kimi MHŞT üzrə on doqquzuncu hesabatda 2014-cü il üzrə Azərbaycan hökumətinə ödənişləri barədə məlumat verəcək. Beləliklə, MHŞT-nin Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumunu imzalamış şirkətlərin sayı 39-a çatıb.

Xatırladaq ki, 2014-cü il iyunun 10-da Azərbaycanda hasilat sənayesində fəaliyyət göstərən 38 yerli və xarici şirkət 2013-cü ildə MHŞT üzrə 6-cı Qlobal Konfransda qəbul edilmiş MHŞT Standartının tələblərinə uyğunlaşdırılmış yeni Qarşılıqlı Anlaşma Memorandumu imzalayıb.

Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzv statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR