Səkkiz dairənin nəticələrinə görə Brexit tərəfdarları liderdir

Səkkiz dairənin nəticələrinə görə Brexit tərəfdarları liderdir
# 24 iyun 2016 03:28 (UTC +04:00)

Bakı-APA. 328 dairədən səkkiz dairə üzrə referendumun nəticələrinə əsasən, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının (Brexit) tərəfdarları 53,1 faiz səslə irəlidədirlər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Aİ ilə vahidlik tərəfdarları isə səslərin 46,9 faizini toplaya biliblər.

Qeyd edək ki, ilkin məlumata əsasən, Suindon və Sanderlend şəhərlərinin sakinləri Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını dəstəkləyiblər.

Cəbəllütariq, Nyukasl, Orkney adaları və Silli adaları Britaniyanın Avropa İttifaqının tərkibində qalmasına səs veriblər.

Səslərin hesablanması prosesi davam edir. Aparılmış sorğular Britaniyanın Avropa İttifaqının tərkibində qalmasının tərəfdarlarının çoxluq təşkil etdiyini göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR