Azərbaycan əsilli qadın bir aydır, ailəsi ilə birlikdə Moskva aeroportunda yaşayır

Azərbaycan əsilli qadın bir aydır, ailəsi ilə birlikdə Moskva aeroportunda yaşayır
# 01 noyabr 2015 05:20 (UTC +04:00)

APA-nın “Tengrinews.kz”a istinadən verdiyi xəbərə görə, qadınla söhbət etmiş konsulluq əməkdaşları onun kürd olduğunu, 1981-ci ildə Azərbaycanda dünyaya gəldiyini və uşaq vaxtı valideynləri ilə bir neçə il Qazaxıstanda yaşadığını müəyyənləşdiriblər.

“Ona Qazaxıstan vətəndaşlığı və pasportu heç vaxt verilməyib. O 1998-ci ildə İraqa köçüb və İraq vətəndaşına ərə gedərək bu ölkənin vətəndaşlığını alıb”, deyə qurumdan bildirilib.

Diplomatlar qadının Qazaxıstanın rəsmi qurumlarına hər-hansı xahişlə müraciət etmədiyini bildiriblər. Beləliklə, Gülistan İsa-Şaho və onun ailəsinin sonrakı aqibəti ilə bağlı məsələ Rusiyanın miqrasiya orqanlarının səlahiyyətindədir.

Gülistan İsa-Şahonun qaçqın statusunun alınması ilə əlaqədar Rusiya Federal Miqrasiya Xidmətinə təkrar müraciət etdiyi bildirilir.

Qeyd edək ki, bundan əvvəl suriyalı 4 uşaqlı ailənin bir aydan çoxdur, Moskvanın “Şeremetyevo” hava limanının tranzit zonasında yaşadığı, qadının Qazaxıstan vətəndaşı olduğu barədə məlumatlar yayılıb. Sənədlərində problem olduğu üçün ailəyə Rusiyaya girişinə icazə verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR