Bakıda 4 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib - FOTO - VİDEO

Bakıda 4 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 11 noyabr 2015 04:02 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakıda 4 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib. APA-nın məlumatına görə, hadisə 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində qeydə alınıb. Hələlik kimliyi müəyyən olunmayan "BYD" markalı avtomobilin sürücüsü yol kənarında dayanan üç maşını əzib. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. İlkin araşdırma zamanı müəyyən olunub ki, 28 May küçəsi ilə yüksək sürətlə hərəkətdə olan "BYD" nin sürücüsü qəfil idarəetməni itirib və yol kənarında dayanan "Volkswagen", "BMW" və "Mercedes" markalı minik avtomobillərini əzib. Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib. Maşınlar evakuator vasitəsi ilə cərimə meydançasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR