Cəlal Qasımov "Unibank"ın icraçı direktoru vəzifəsindən gedib

Cəlal Qasımov "Unibank"ın icraçı direktoru vəzifəsindən gedib
# 02 aprel 2015 09:53 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Unibank" ASC-də struktur dəyişikliyi baş verib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, Cəlal Qasımov icraçı direktor vəzifəsindən gedib. Bank mütəxəssisinin hansı vəzifəyə getdiyi açıqlanmır.

İcraçı direktor vəzifəsini müvəqqəti olaraq Pərakəndə bank xidmətləri üzrə Direktor, icraçı direktorun birinci müavini Xalid Əhədov icra edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR