İranda ekstremist qruplaşmaların 130 üzvü saxlanılıb

İranda ekstremist qruplaşmaların 130 üzvü saxlanılıb
# 08 oktyabr 2014 02:34 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bunu İran parlamentində dinləmələr zamanı kəşfiyyat üzrə nazir Mahmud Əlavi deyib.

Onun sözlərinə görə, İran təhlükəsizlik qüvvələri terror təşkilatlarının üzvü olan şəxslərin müəyyənləşdirilərək saxlanılması istiqamətində ölkə ərazisində onlarla əməliyyat keçirib. Nazir qeyd edib ki, əməliyyatlar nəticəsində 2 terror aktının qarşısı alınıb. Partlayışlardan birinin müqəddəs Ramazan ayının sona çatması ilə əlaqədar ənənəvi tədbirlər zamanı, digərinin isə Qəzzaya dəstək aksiyası zamanı törədilməsi planlaşdırılıb.

“Hazırda ölkədə vəziyyət tam nəzarət altındadır”, deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR