Şəkidə 15 yaşlı qızı ilan sancıb

Şəkidə 15 yaşlı qızı ilan sancıb
# 30 avqust 2014 07:17 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayonun Şorsu kəndində baş verib.

1999-cu il təvəllüdlü Aygün Elyar qızı Dəmirova yaşadığı evin həyətyanı sahəsində gəzərkən onu qəfildən ilan sancıb. O, dərhal Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb.

Şəki MRX-dan APA-ya verilən məlumata görə, ilan Aygün Dəmirovanın sol ayaq nahiyəsindən sancıb. Ona lazımi tibbi yardım göstərildikdən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, hazırda vəziyyəti orta-stabil hesab edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR