TQDK sədri: “Bu il məktəblərdə monitorinq imtahanları V siniflərdə keçirilməyəcək”

TQDK sədri: “Bu il məktəblərdə monitorinq imtahanları V siniflərdə keçirilməyəcək”
# 06 fevral 2015 12:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən Azərbaycandakı məktəblərdə şagirdlər arasında monitorinq imtahanları VI və VII siniflər üzrə aparılacaq.

APA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə monitorinq və buraxılış imtahanlarında, həmçinin jurnalistika ixtisasına qəbulda yazı işlərini yoxlayan markerlərlə keçirilən görüşdə bildirib ki, bu il monitorinq imtahanları V siniflər üzrə aparılmayacaq: “İyun ayında Bakıda keçiriləcək Avropa oyunları ilə əlaqədar may ayında vaxtımız məhdud olacaq. Ona görə də may ayında əlavə kütləvi tədbirin keçirilməsinə imkan yoxdur. Hətta bu il buraxılış imtahanının vaxtında da dəyişiklik edilib. Bu il monitorinq imtahanları yalnız VI və VII siniflər üzrə keçiriləcək. Gələn il isə monitorinq imtahanları V siniflərdə də və Azərbaycan dili, Riyaziyyat fənni ilə yanaşı başqa fənlər üzrə də təşkil olunacaq. Bir daha qeyd edirəm ki, bu imtahanlar şagirdlərin nəticələrinə təsir göstərmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR