Azərbaycanda yol-nəqliyyat hadisələri zamanı xəsarət alan şəxslər ölüblər

Azərbaycanda yol-nəqliyyat hadisələri zamanı xəsarət alan şəxslər ölüblər
# 06 oktyabr 2015 10:01 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda yol-nəqliyyat hadisələri zamanı xəsarət alan şəxslər ölüblər.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabr ayının 18-də Binəqədi qəsəbəsi ərazisində qəsəbə sakini Bəybala Meybullayev idarə etdiyi “VAZ-2104” markalı avtomobillə yolu keçən qəsəbə sakini, azyaşlı Turan Tahirlini vurub. Xəstəxanaya yerləşdirilmiş uşaq oktyabrın 5-də orada ölüb.

Sentyabr ayının 25-də Səbail rayonunun Ə.Cavad küçəsində Bakı şəhər sakinləri Abdulla Alışovun idarə etdiyi “Mercedes” və Vasif Bədəlovun idarə etdiyi “Dodge Durango” markalı avtomobillər toqquşub. Nəticədə A.Alışovun sərnişini Kubra Məhərrəmova xəstəxanaya yerləşdirilib. Oktyabrın 5-də o, xəstəxanada ölüb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR