2030-cu ilin sonuna kimi İVV/QİÇS xəstəliyinin qarşısını almaq mümkün olacaq

2030-cu ilin sonuna kimi İVV/QİÇS xəstəliyinin qarşısını almaq mümkün olacaq
# 01 dekabr 2014 12:03 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. 2030-cu ilin sonuna kimi İVV/QİÇS xəstəliyinin qarşısını almaq mümkün olacaq. APA-nın xəbərinə görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova mətbuat konfransında bildirib ki, 2020-ci ilə kimi bu xəstəliyə qarşı müayinələr geniş tətbiq olunmalı, hər bir insan özünün İİV statusunu bilməlidir:

“Xəstəliyə qarşı müayinələr aparılmalı, bu proses geniş yayılmalı, əlçətan olmalı və nəticədə xəstəliyin erkən mərhələdə aşkar olunması təmin edilməlidir. 2020-ci ilə kimi bu məqsədləri əldə etməliyik. İnsanlara müayinədən keçməyə imkanın verilməsi nəticəsində İİV-ə yoluxanların 90%-i erkən aşkar olunar. Belə ki, hər hansı bir hal aşkar olunarsa, onlar erkən terapiya tətbiq oluna bilər və nəticədə də uğurlu məticə əldə edilər. Yalnız bu halda İİV xəstəliyinin qarşısı 2030-cu ildə alına bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR