Aprel ayı ərzində Ceyhan limanı neftin nəqli 10% azalıb

Aprel ayı ərzində Ceyhan limanı neftin nəqli 10% azalıb
# 07 may 2015 14:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin aprel ayı ərzində 2 377 338 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

APA-Economics”in Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, bu, ötən ilin aprel ayı ilə müqayisədə 9,7% azdır.

Bu həcmin 1 370 883 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Bu ilin yanvar-aprel aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 9 239 395 ton təşkil edib. Ümumiyyətlə, BTC istismara verilən gündən bu il may ayının 1-ə qədər Ceyhan limanından 271 178 485 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR