Ziya Bünyadov prospektində nəqliyyatın hərəkəti növbəti dəfə məhdudlaşdırılır

Ziya Bünyadov prospektində nəqliyyatın hərəkəti növbəti dəfə məhdudlaşdırılır
# 03 iyun 2015 07:42 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Ziya Bünyadov prospektində “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri davam etdiriləcək.

“Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, rənglənmə işləri əlaqədar Ziya Bünyadov prospektinin bəzi hissələrində tam, bəzi yerlərində isə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

“Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri bu gecə əks istiqamətdə, yəni “20 Yanvar” dairəsindən Böyükşor yol qovşağınadək olan hissədə aparılacaq.

Körpü və tunellərdə rənglənmə işləri aparılarkən həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sürücülər bu zaman prospektin yan yollarından rahat və maneəsiz şəkildə istifadə edə biləcəklər. Digər hissələrdə isə işlər aparılarkən hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq. Yəni nəqliyyat vasitələri işlərin aparıldığı zolağa daxil olmadan həmin istiqamətdə hərəkətlərinə davam edə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR