Quba-Xınaqlıq yolunda iki maşın toqquşub, 5 nəfər xəsarət alıb - VİDEO

Quba-Xınaqlıq yolunda iki maşın toqquşub, 5 nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 10 oktyabr 2014 20:45 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xınalıq yolunun 43-cü km-də, rayonunun Cek kəndi ərazisində qeydə alınıb. Quba sakini, 43 yaşlı Yusifov İmran Mövlüdağa oğlunun idarə etdiyi “Niva” markalı avtomobil qarşıdan gələn 28 yaşlı Hümmətov Adıgözəl Vahid oğluna məxsus “Mercedes” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə hər iki sürücü eləcə də onların sərnişinləri 36 yaşlı Qəribova Məlahət Nürəddin qızı, 42 yaşlı Qəribov Vüqar Vahid oğlu və 29 yaşlı Yusifov Cahangir Əzizağa oğlu xəsarət alıb. Yaralılar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Tibb müəssisəsindən APA-ya verilən məlumata görə, xəsarət alanlardan M. Qəribova və İ.Yusifovun vəziyyəti ağır olduğundan onlar müalicələrini xəstəxanada davam etdirir. Digər 3 nəfər isə ambulator müalicəyə göndərilib.

İlkin versiya olaraq qəzaya səbəb kimi ehtiyatsızlıq göstərilir. Hazırda faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR