SOCAR bir ildə qazma işlərini 30%-ə yaxın azaldıb

SOCAR bir ildə qazma işlərini 30%-ə yaxın azaldıb
# 05 may 2015 13:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin aprel ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 12 393 metr qazma işi həyata keçirib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin aprel ayı ilə müqayisədə 417 metr və ya 3,25% azdır. Bu sahədə görülmüş işlərin 12380 metri istismara aid olub.

Ümumiyyətlə, bu ilin yanvar-aprel aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 33 143 metr qazma işi görülüb. Bu da 2014-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 13 444 metr və ya 28,85% azdır. Bunun da 32 143 metri istismara, 1 000 metri isə kəşfiyyata aid olub.

Qeyd edək ki, ilin əvvəlindən qazmadan alınmış 21 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR