Şəkidə 82 yaşlı kişi intihar edib

Şəkidə 82 yaşlı kişi intihar edib
# 05 may 2015 21:07 (UTC +04:00)

Şəki. Vuqar Heydərov-APA. Şəkidə 82 yaşlı kişi intihar edib.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Şəki şəhəri Bağbanlar küçəsi, dalan 10, ev 7 ünvanında baş verib.

1933-cü il təvəllüdlü Ziya Abdulsalam oğlu İlyasovun asılmış meyiti yaxınları tərəfindən yaşadığı evin həyətyanı sahəsində aşkar edilib. Onun intihar etdiyi məlum olub.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR