Kəmaləddin Heydərov Türkiyə Mülki Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul edib - FOTO - VİDEO

Kəmaləddin Heydərov Türkiyə Mülki Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 30 aprel 2015 15:06 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, K. Heydərov FHN-in fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində gördüyü işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib. Nazir bu sahədə Türkiyənin uyğun qurumları ilə uğurlu əməkdaşlığın davam etdirildiyini də vurğulayıb.

Öz növbəsində, Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının Qərargah rəisi, general-leytenant İhsan Uyar qardaş ölkənin ordusunun müvafiq qurumlarının Azərbaycan FHN-lə əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulayıb, bu əlaqələrin geniş perspektivlərinin mövcudluğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR