ETSN 58 min manat məbləğində cərimə tətbiq edib

ETSN 58 min manat məbləğində cərimə tətbiq edib
# 22 avqust 2014 11:23 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. 1-15 avqust tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən araşdırma aparılıb.


Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, havanın, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 196 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 80 müddətli “məcburi göstəriş” verilib.


Ümumilikdə, 46 iş üzrə 58250 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 12 iş üzrə 608.62 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 210 iş üzrə 24695.57 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 11, icra qurumlarına 21, məhkəmələrə isə 1 iş göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR