Vladimir Putin: “Ukrayna qanlı xaosa sürüklənib”

Vladimir Putin: “Ukrayna qanlı xaosa sürüklənib”
# 14 avqust 2014 13:16 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. “Ukrayna qanlı xaosa və qırğına sürüklənib”. APA-nın “İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Yaltada Dövlət Dumasının üzvləri və nazirlərin qarşısında çıxış edərkən deyib. O, Ukraynanın şərqində iri miqyaslı humanitar faciə yaşandığını söyləyib: “Böyük bəladır”.

V. Putin baş verənləri diqqətlə izlədiklərini və bu münaqişənin tezliklə həll olunması, Ukraynada qan tökülməsinin qarşısının alınması üçün əllərindən gələni edəcəklərini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR