Bakıda Azərbaycan-Polşa biznes forumu keçirilib - FOTO

Bakıda Azərbaycan-Polşa biznes forumu keçirilib - <span style="color: red;">FOTO
# 15 dekabr 2014 09:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda Azərbaycan-Polşa biznes forumu keçirilib.

APA-Economics”in məlumatına görə, biznes forumda çıxış edən Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının həmsədri, Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib ki, ilbəil Azərbaycandan Polşaya xam neftin ixracı artır.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti olan “SOCAR-Trading” Polşanın "Orleans" şirkətinə 2012-ci ildə 485 min ton, 2013-cü ildə 523 min ton, bu il ərzində isə 750 min tondan artıq xam neft göndərib.

Nazir həmçinin qeyd edib ki, Polşa şirkətləri Azərbaycanda dəmir yolları, yeyinti sənayesi, tikinti, enerji və dəmir yolları sahəsinə böyük maraq göstərir və bu sahədə əməkdaşlıq etməkdə maraqlıdırlar.

N. Əliyev əlavə edib ki, Polşa şirkətlərinin sənaye sahəsindəki təcrübəsi Sumqayıtda tikilməsi nəzərdə tutulan sənaye parklarının yaradılmasında böyük əhəmiyyət kəsb edə bilər.

Polşa-Azərbaycan Hökumətlərarası komissiyasının həmsədri, Polşanın baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski isə bildirib ki, Azərbaycan Polşa üçün olduqca əhəmiyyətli ölkədir. Onun sözlərinə görə, Polşa Azərbaycanın sərmayə mühitini daha da yaxşılaşdırmağa və bu sərmayələrin həcminin artırılmasında maraqlıdır: “Ölkəmiz Azərbaycanda tikinti, kənd təsərrüfatı, nəqliyyat, logistika, texnologiya, müdafiə sənayesi sahələrində öz təcrübələrini bölüşə bilərlər”.

Sonda polşalı nazir Varşavada Polşa İqtisadiyyat Nazirliyində Azərbaycan iqtisadiyyatı haqqında təqdimatının təşkil edilməsini təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR