Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Gürcüstanda səfərdədir

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Gürcüstanda səfərdədir
# 14 avqust 2014 09:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərindən ibarət nümayəndə heyəti Gürcüstanda səfərdədir.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, səfər Azərbaycan və Gürcüstanın Kənd Təsərrüfatı nazirlikləri arasında əməkdaşlıq çərçıvəsində baş tutub.

Bu əməkdaşlıq çərçivəsində Samux rayonundakı M. F. Axundov adına Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin inkişafı üçün pilot layihəsinin hazırlanması və Gürcüstanın Kənd Təsərrüfatı Kooperativlərinin İnkişafı üzrə Agentliyinin və Kənd Təsərrüfatı Layihələrinin İdarəedilməsi üzrə Agentliyinin iş təcrübəsinin öyrənilməsi nəzərdə tutulur. Həmçinin səfər “Gürcüstanda istehsal” Proqramının öyrənilməsi məqsədi daşıyır.

Bu gün nümayəndə heyətinin Gürcüstanın kənd təsərrüfatı naziri ilə görüşü nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR