Neft ucuzlaşmaqda davam edir

Neft ucuzlaşmaqda davam edir
# 25 iyun 2016 07:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Dünya bazarında neft ucuzlaşır.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,47 dollar azalaraq 47,64 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 2,50 dollar azalaraq 48,41 dollar olub.

Qeyd edək ki, neft Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumun ("Brexit") ilkin nəticələri açıqlanandan sonra ucuzlaşmaqda davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR