Bakıda maşın bazarında baş vermiş yanğın söndürülüb- YENİLƏNİB-3

Bakıda maşın bazarında baş vermiş yanğın söndürülüb- <span style="color: red;">YENİLƏNİB-3
# 30 iyun 2016 21:47 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakının Nizami rayonunda "maşın bazarı" kimi tanınan ərazidə baş verən yanğın tam söndürülüb.

APA-nın məlumatına görə, FHN Dövlət Yanğından Mühafızə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədovun iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Məlumata görə, yanğının miqyası ilə bağlı açıqlama veriləcək.

Hazırda, yanmış mağazaların sahibləri yanğından xilas edə bildikləri mallarını digər mağazalara yerləşdirirlər.

Qeyd edək ki, yanğının söndürülməsinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin 20-dək maşını cəlb olunub.

***

22:19

Bakı. Fərahim Qasımov-APA. Yanğının söndürülməsinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin 20-dək maşını cəlb olunub.

Əlavə maşınlar da yoldadır.

Bu barədə APA-ya hadisə yerindəki operativ qərargahdan bildirilib.

***** 21.55

Bakı-APA. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb.

Məlumata görə, Bakının Nizami rayonundakı “Maşın bazarı” ərazisində mağazalardan birində yanğın baş verib.

Dərhal yanğının söndürülməsinə qüvvə və vasitələr cəlb olunub.

Yanğınsöndürmə işləri davam etdirilir.

***

21:30

Bakı. Hafiz Heydərov-APA. Bakının Nizami rayonunda "maşın bazarı" kimi tanınan ərazidəki mağazaların birində yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Hadisə yerinə FHN-nin Xətai və Nizami rayon Dövlət Yanğından Mühafizə hissələrinin ona yaxın maşını cəlb olunub.


Məlumata görə, yanğın bazarın giriş hissəsində yerləşən15-20 mağazaya yayılıb. Hadisə yerində FHN qərargah yaradılıb. Sahibkarlar mallarını mağazalardan çıxarmağa cəhd edirlər.

Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR