"Parabank" III rübü 1,8 mln. manatlıq mənfəətlə başa vurub

"Parabank" III rübü 1,8 mln. manatlıq mənfəətlə başa vurub
# 06 noyabr 2015 13:50 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Parabank” ASC-nin aktivlərinin həcmi 2015-ci ilin III rübündə 174,378 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 37,15% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 23,61% artaraq 121,266 mln. manat olub.

2015-ci ilin oktyabr ayının 1-ə bankın istehlak kreditlərinin həcmi 39,002 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrünə olan göstəriciyə nisbətən 24,51% çoxdur.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi hesabat dövrü ərzində təxminən 75,35% artaraq 22,437 mln. manata çatıb.

Bankın depozit portfeli hesabat dövrü ərzində 13,08% artaraq 78,232 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 75,372 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 11,88% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 2,5 dəfə artaraq 53,402 mln. manata çatdığı halda, nizamnamə kapitalı 3,36 dəfə artaraq 38 mln. 887 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 23,21% azalaraq 20,852 mln. manat, xərcləri isə 24,99% azalaraq 19,057 mln. manat təşkil edib.

Cari ilin doqquz ayı ərzində bankın əldə etdiyi mənfəət 1,794 mln. manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 16 filialı, 16 bankomatı, 200 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR