MTN-də Heydər Əliyevin xatirəsinin anım tədbirləri keçirilib - FOTO

MTN-də Heydər Əliyevin xatirəsinin anım tədbirləri keçirilib - <span style="color: red;">FOTO
# 11 dekabr 2014 13:17 (UTC +04:00)

Bakı-APA. Milli Təhlükəsizlik Nazirliyində (MTN) Heydər Əliyevin xatirəsinin anım tədbirləri keçirilib.

MTN-in İctimai Əlaqələr İdarəsindən APA-ya verilən məlumata görə, nazir, general-polkovnik Eldar Mahmudov və nazirliyin şəxsi heyəti Fəxri xiyabanda Heydər Əliyevin yad edib, məzarı önünə əklil qoyublar. Akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Sonra anım mərasimi nazirliyin Heydər Əliyev adına Akademiyasında davam etdirilib.

Akademiyanın rəisi general-leytenant Ziya Yusifzadə çıxış edərək bildirib ki, Heydər Əliyev istər sıravi və istərsə də rəhbər vəzifələrdə işləyəndə daim öz nizam-intizamı, işə tələbkarlığı ilə seçilib. Qeyd olunub ki, Heydər Əliyev siyasəti ölməzdir və bu strateji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir.

Tədbirdə çıxış edən Akademiyanın kafedra rəisi A.İsmayılov, dinləyici A.İsalı, kursantlar E.Qeybullasoy və İ.Əzizli ümummilli lider Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan, dahi şəxsiyyətin misilsiz fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyini qoruyub saxlamasından, müasir dövlət quruculuğundakı rolundan danışıb, onun ideyalarının həyata keçirilməsində fəal iştirakçı olmaqdan şərəf və qürur duyduqlarını bildiriblər.

Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmi nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR