ABŞ-ın “Virgin Galactic” kosmik sərnişin gəmisi qəzaya uğrayıb

ABŞ-ın “Virgin Galactic” kosmik sərnişin gəmisi qəzaya uğrayıb
# 01 noyabr 2014 09:46 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. ABŞ-ın “Virgin Galactic” kosmik sərnişin gəmisi test uçuşu zamanı qəzaya uğrayıb. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, Mojave Hava Limanı ilə Kaliforniya Kosmik Limanı arasında baş verən qəzada bir pilot həlak olub, digəri isə ağır xəsarət alıb.

Suborbital vasitə uçuş zamanı Los Ancelesin 150 kilometrliyində, Mojave səhrası üzərində sıradan çıxıb. Bu, yaxın günlərdə “Orbital Sciences Copr” şirkətinin raket buraxılışı zamanı baş verən qəzadan sonra ikinci insidentdir.

Qeyd olunur ki, bu qəzalar ABŞ-ın kommersiya xarakterli kosmik uçuşlar sənayesinə böyük zərbə sayıla bilər. Belə ki, ABŞ hökuməti ənənəvi uçuşlardan savayı, kommersiya və turizm xarakterli uçuşlara da yol açmaq üçün müxtəlif tədbirlər görür.

“Virgin Galactic Company” bundan əvvəl 2007-ci ildə də test uçuşu zamanı bir kosmik gəmisini və üç əməkdaşını itirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR