İspaniya mətbuatı I Avropa Oyunları ilə bağlı xəbərlərə geniş yer ayırıb

İspaniya mətbuatı I Avropa Oyunları ilə bağlı xəbərlərə geniş yer ayırıb
# 09 iyun 2015 08:12 (UTC +04:00)

Bakı - APA. İspaniya mətbuatı Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı xəbərlərə geniş yer ayırıb.

APA-nın məlumatına görə, xəbərlərdə həm qarşıdan gələn oyunlar, həm də ev sahibi olan Azərbaycan haqda geniş məlumat verilir.

“Laopiniondemurcia” saytı Oyunlarda iştirak edəcək İspaniya nümayəndə heyəti ilə bağlı məlumat verərək, yarışın yüksək səviyyədə olduğunu barədə yazıb. Sayt qısa müddət ərzində geniş miqyasda hazırlıq işlərinin yekunlaşdırılmasını “rekord göstərici” adlandırıb.



Digər ispan saytı – “Hortanoticias” isə Avropa Oyunlarının ev sahibi olan Azərbaycan barədə geniş məlumat verib. Bakıda idmançıların istirahət məkanlarından bəhs edilən məqalədə qeyd olunur ki, Bakıda ən çox turist cəlb edən məkan “İçərişəhər”dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR