Azərbaycanda bir ildə dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi 7,5% azalıb

Azərbaycanda bir ildə dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi 7,5% azalıb
# 03 oktyabr 2014 09:10 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin sentyabr ayının 1-nə Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 73,2 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 7,5% və ya 5,9 mln. manat azdır.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu ilin yanvar-avqust aylarında AİF 78,5 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

Əvvəlki aydan fərqli olaraq ötən avqustda fondun istiqrazı yerləşdirilməyib.

AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu ilin sentyabrın 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 39 978 manat, orta müddəti 278 ay, orta faiz dərəcəsi 6,82%, aylıq ödəniş isə 318,7 manat təşkil edib.

Müqayisə üçün bildirək ki, ötən ilin müvafiq dövründə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 44 411 manat, orta müddəti 288 ay, orta faiz dərəcəsi 5,74%, aylıq ödəniş isə 297,9 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR