“Altılıq” və İran sanksiyaların götürülməsi məsələsinə dair razılığa gəlməyiblər

“Altılıq” və İran sanksiyaların götürülməsi məsələsinə dair razılığa gəlməyiblər
# 29 iyun 2015 22:18 (UTC +04:00)

Bakı-APA. “Altılıq” və İran Vyanada Tehranın nüvə proqramı ilə bağlı danışıqlar raundu zamanı sanksiyaların götürülməsi məsələsinə dair hələlik razılığa gəlməyiblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbər görə, bu barədə qərbin nümayəndə heyətindəki yüksək vəzifəli diplomatik mənbə bildirib.

“Bu məsələ hələlik razılaşdırılmayıb”, deyə o bildirib.

Qeyd edək ki, “Altılıq” və İran Tehranın nüvə proqramına dair yekun sazişlə bağlı danışıqlar aparır. İkin razılaşmaya əsasən yekun sənədin iyunun 30-dək hazırlanması planlaşdırılır.

Bundan əvvəl İran XİN rəhbəri Məhəmməd Cavad Zərif sanksiyaların dərhal götürülməsini tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR