Şəkidə baş verən yanğında iki yanğınsöndürən xəsarət alıb

Şəkidə baş verən yanğında iki yanğınsöndürən xəsarət alıb
# 21 iyul 2014 07:19 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə ev yanıb, iki yanğınsöndürən yanıq xəsarəti alıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsində, Əlövsət Abduləvvəl oğlu Abdullayevə məxsus, ümumi sahəsi 192 kv/m olan kürsülü birmərtəbəli, 5 otaq və aynəbənddən ibarət fərdi yaşayış evində baş verib. Hadisə yerinə FHN-nin Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib.

Yanğın nəticəsində evin dam örtüyünün, bütövlükdə 62 kv/m sahə olmaqla 2 otağın yanar konstruksiyaları və 2 otaqda olan ev əşyaları yararsız hala düşüb. Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə edilib. Yanğın zamanı evə bitişik tikilmiş yardımçı otaqda olan maye qaz balonu partlayıb. Nəticədə Şəki rayon DYMH-nin iki əməkdaşı - 1971-ci il təvəllüdlü Elman Məmməd oğlu Sadıqov və 1981-ci il təvəllüdlü Tehran Valeh oğlu Şəmiyev müxtəlif dərəcəli yanıq xəsarəti alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

Şəki RMX-dan APA-ya verilən məlumata görə, yanğın zamanı Elman Sadıqov və Tehran Şəmiyev hər iki əllərindən və üzlərindən1,2 dərəcəli termiki yanıq xəsarətləri alıblar. Onlar xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərtilə evə buraxılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR