Türkiyə Konstitusiya Məhkəməsinin daha bir üzvü saxlanılıb

Türkiyə Konstitusiya Məhkəməsinin daha bir üzvü saxlanılıb
# 16 iyul 2016 19:57 (UTC +04:00)

Bakı-APA. Türkiyə Konstitusiya Məhkəməsinin daha bir üzvü saxlanılıb.

APA “Milliyət”ə istinadən verdiyi xəbərə görə, polis KM-nin üzvü Erdal Tercanı saxlayıb.

Bundan əvvəl Türkiyə Konstitusiya Məhkəməsinin üzvü Alparslan Altan saxlanılıb. Türkiyə Konstitusiya Məhkəməsinin üzvünün həbs olunması Türkiyədə ilk dəfə baş verir.

Qeyd edək ki, hazırda Ali Məhkəmənin 140, dövlət idarələri məhkəmələrinin isə 48 üzvünün saxlanılması barədə prokurorluq sanksiyası var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR