Ombudsmanın nümayəndələri İntiqam Əliyev, Leyla Yunus, Xədicə İsmayılova və Rəsul Cəfərovla görüşüblər

 Ombudsmanın nümayəndələri İntiqam Əliyev, Leyla Yunus, Xədicə İsmayılova və Rəsul Cəfərovla görüşüblər
# 21 may 2015 16:01 (UTC +04:00)

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmədə məqsəd Müvəkkilin ünvanına daxil olmuş müraciətlərin araşdırılması, həmçinin saxlanılma şəraiti və rəftar vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı Milli Preventiv Qrupun üzvləri həmin müəssisədə gün ərzində 40-dan çox saxlanılan şəxslə görüşmüş, bu şəxslərə qarşı rəftar və saxlanma şəraiti ilə əlaqədar vəziyyəti öyrəniblər.

MPQ-nin üzvləri bu müəssisədə saxlanılan şəxslərdən İntiqam Əliyev, Leyla Yunusova, Xədicə İsmayılova, Rəsul Cəfərov və digərləri ilə də görüşüb, qəbul edilmiş şəxslərlə fərdi qaydada aparılan söhbət zamanı həmin şəxslər saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onlara qarşı rəftarı ilə bağlı narazılıq etməyiblər.

Bəzilərinin istintaqın qeyri-obyektiv aparılması və digər məsələlərlə bağlı Ombudsmana ünvanlanmış müraciətlərin araşdırılması və qanun çərçivəsində tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə göndərilib, onlara qaldırdıqları məsələlərlə əlaqədar hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah edilib.

Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR