Bank Of Baku

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib - YENİLƏNİB

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib - YENİLƏNİB
# 29 sentyabr 2026 18:18 (UTC +04:00)

Bakı Ekspo Mərkəzində baş tutan "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində bir sıra görüşlər keçirilib.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov sərgidə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Belarus Dövlət Müdafiə Sənayesi Komitəsinin sədri Dmitri Pantus ilə görüşüb.

Görüş zamanı tərəflər Azərbaycan ilə Belarus arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, yeni nəsil texnologiyaların tətbiqi imkanları, müvafiq sahədə təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.

***

17:51

Belarusun Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantus Bakıya səfəri çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.

APA xəbər verir ki, bu barədə Belarusun Dövlət Hərbi Sənaye Komitəsi "Telegram" kanalında məlumat yayıb.

Görüş zamanı texnologiya mübadiləsi və müasir hərbi təyinatlı məhsulların qarşılıqlı tədarükünün genişləndirilməsi məsələləri müzakirə edilib.

Bildirilib ki, Dmitri Pantus “ADEX-2026” VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Bakıda səfərdədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR