Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni ümumi müsahibə elan edilib

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni ümumi müsahibə elan edilib
# 07 aprel 2015 06:53 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2015-ci il aprelin 7-dən 6 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 19 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edir. Komissiyadan APA-ya verilən məlumata görə, ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 14-ü mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və yerli təşkilatlarında, 5-i isə məhkəmə orqanlarındadır.

Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak edə bilərlər:

- vakant vəzifəni təqdim etmiş dövlət orqanında çalışan dövlət qulluqçuları (inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olduqda),

- digər dövlət orqanlarında inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olduqda),

- azı 5 il dövlət qulluğunda inzibati vəzifələrdə çalışmış şəxslər.

Ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu 7 aprel 2015-ci il tarixdən 27 aprel 2015-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən aparılacaqdır. Sənədlər şəxsən yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Ümumi müsahibəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 7 aprel 2015-ci il tarixli sayında dərc edilib və 7 aprel 2015-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında - www.dqmk.az verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR