Paşha Bank
Bank Of Baku

Britaniyanın müdafiə üzrə dövlət naziri Azərbaycanla əməkdaşlığın daha da dərinləşəcəyinə əmindir

Böyük Britaniyanın müdafiə üzrə dövlət naziri Lord Vernon Koker

© APA | Böyük Britaniyanın müdafiə üzrə dövlət naziri Lord Vernon Koker

# 01 oktyabr 2026 15:47 (UTC +04:00)

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi müdafiə üzrə dövlət naziri Lord Vernon Kokerin Azərbaycana səfəri ilə bağlı videoçarx yayıb.

APA xəbər verir ki, səfirlik bu barədə “X” hesabında paylaşım edib.

Videoçarxda Lord Vernon Koker Azərbaycana ilk səfərinin 2025-ci ilin dekabrında olduğunu xatırladıb.

“2025-ci ilin dekabrında ilk səfərimdən sonra yenidən Prezidentlə və Azərbaycan nazirliklərindəki həmkarlarımla görüşdüm”, – nazir bildirib.

O qeyd edib ki, getdikcə daha qeyri-müəyyən və təhlükəli olan dünyada qarşılıqlı etimad və hörmət üzərində qurulan tərəfdaşlıq əvvəlkindən daha vacibdir.

“Strateji tərəfdaşlığımız iqtisadi artım, təhlükəsizlik və innovasiya baxımından ən vacib məsələlərdə əməkdaşlığı dərinləşdirəcək”, – Koker deyib.

Britaniyalı nazir ölkəsinin müdafiə sənayesinin innovasiyaların önündə getdiyini vurğulayıb.

“Mən Böyük Britaniyanın 18 şirkətindən ibarət nümayəndə heyətinin ilk dəfə Azərbaycanın Müdafiə Sərgisində Böyük Britaniya Müdafiə Nazirliyinin stendində iştirak etməsini qürurla qeyd edirəm”, – o bildirib.

Lord Vernon Koker səfərini nikbinliklə başa vurduğunu və iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın daha da dərinləşəcəyinə əmin olduğunu söyləyib.

“Əməkdaşlığımızı daha da dərinləşdirməyə davam edəcəyimizə əminlik və nikbinliklə ayrılıram”, – nazir əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR